Biznesinizə uyğun dəstək modeli.
Uzaqdan dəstək, ofisinizdə daimi mütəxəssis və ya daxili İT komandanızla birgə iş. Xidməti ehtiyaclarınıza uyğun qururuq.
Uzaqdan və yerində dəstək
Gündəlik müraciətlər uzaqdan və ehtiyac olduqda yerində həll edilir. Xidmət saatları və işin əhatəsi əvvəlcədən razılaşdırılır.
Ofisinizdə daimi mütəxəssis
ITSM əməkdaşı qrafik üzrə ofisinizdə daimi çalışır. Onun işinin təşkili və idarə edilməsi ITSM tərəfindən həyata keçirilir.
İT komandanıza əlavə dəstək
Daxili komandanızla razılaşdırılmış iş bölgüsü əsasında çalışır, ehtiyac duyulan ixtisaslar və layihələr üzrə dəstək veririk.
Bütün İT bir yerdə.
Hər xidmət ayrıca sifariş edilə və ya idarə olunan xidmət müqaviləsinə daxil edilə bilər.
İT dəstəyi
Əməkdaşlarınız üçün gündəlik texniki dəstək: uzaqdan xidmət, yerində müdaxilə və ya ofisinizdə ITSM tərəfindən idarə olunan daimi mütəxəssis.
Şəbəkə və infrastruktur
Ofis və filiallarınız üçün şəbəkə, server və ehtiyat nüsxələmə sistemlərinin qurulması və idarə edilməsi.
Kibertəhlükəsizlik
Məlumatların, hesabların və cihazların qorunması; biznesə təsir edən təhlükəsizlik risklərinin qiymətləndirilməsi və azaldılması.
Bulud həlləri
Microsoft 365, Google Workspace və bulud infrastrukturu ilə ofis, filial və uzaqdan işləyən komandalar üçün vahid iş mühiti.
IP telefoniyası
Zənglərin idarə edilməsi, danışıqların qeydə alınması və qeydlərin saxlanması ilə müştəri ünsiyyətinə və xidmət keyfiyyətinə nəzarət.
İT konsaltinq və layihələr
İT xərclərinin planlaşdırılması, sistem seçimi, ofis infrastrukturu və texnoloji layihələr üzrə məsləhət və icra.
İşə necə başlayırıq?
Qiymətləndirmə
Mövcud vəziyyəti və biznes ehtiyaclarınızı qiymətləndirir, əsas riskləri və prioritetləri müəyyənləşdiririk.
Təklif
Xidmət modelini, iş həcmini, iş qrafikini və ödəniş şərtlərini aydın göstərən təklif hazırlayırıq.
Başlanğıc
Sistemlərinizlə tanış olur, məsul şəxsləri təyin edir və müraciət qaydasını komandanıza təqdim edirik.

















