Windows 11 üçün oktyabr yeniləmələri
Bu məqalə dərc olunduğu tarixdəki məlumatları əks etdirir.
Microsoft 190-dan çox ölkədə əlçatan olacaq Windows 11 yeniliklərini elan edib: daha yüksək təhlükəsizlik, məhsuldarlıq və yaradıcılıq imkanları.

Microsoft 190-dan çox ölkədə əlçatan olacaq Windows 11 yeniliklərini elan edib. Yeniləmələr istifadəçilərə daha yüksək təhlükəsizlik, məhsuldarlıq və yaradıcılıq imkanları vəd edir.
“Microsoft Windows 11 ilə bu növbəti addımı atmaqdan məmnundur. Windows 11 insanları bir araya gətirmək, onlara oynamağa və əylənməyə kömək etmək, məhsuldarlığı artırmaq və yaradıcılığa ilham vermək üçün hazırlanıb. Bir milyarddan çox insana xidmət edən Windows dünya innovasiyalarının platformasıdır. Biz insanların dəyişən ehtiyaclarına cavab verən və həyatlarını zənginləşdirən Windows təcrübələrinə sərmayə qoymağa davam edəcəyik”, – deyə Microsoft NZ-nin müasir iş və təhlükəsizlik üzrə biznes qrupunun rəhbəri Robert Havranek bildirib.
Şirkət həmçinin Microsoft 365 Personal və Family abunəçiləri üçün Microsoft Defender tətbiqini əlavə edərək təhlükəsizliyə daha çox diqqət ayırıb. Fərdi istifadəçilər üçün nəzərdə tutulan Microsoft Defender Windows-un daxili qorumasını genişləndirir və onu istifadəçilərin Android və iOS telefonlarına, həmçinin Mac kompüterlərinə şamil edir.
Kontent yaradıcılığı sahəsi böyüdükcə Microsoft insanların özlərini və ideyalarını daha yaxşı ifadə etməsinə kömək edən yeni yaradıcılıq alətlərini də kompüterlərə əlavə edib.
“İstifadəçilərin ən son yeniləmə ilə nələr yaradacağını görməyi səbirsizliklə gözləyirik”, – deyə Havranek əlavə edib.

Windows 11-də yeni təhlükəsizlik parametri
Microsoft Windows 11-də brute-force hücumları ilə başlayan ransomware hücumlarının qarşısını almaq üçün yeni standart təhlükəsizlik parametri tətbiq edir.

Dördüncü nəsil LinuxONE serverləri
IBM System Z meynfreymlərindəki Telum prosessoru ilə işləyən yeni nəsil LinuxONE serverini təqdim edib: yüksək məhsuldarlıq və daha az enerji sərfiyyatı.

Facebook lentləri spamla dolub
Minlərlə Facebook istifadəçisi xəbər lentində problemlə üzləşib: nasazlıq məşhurların fan səhifələrinə edilən paylaşımları lentin yuxarısına çıxarıb.