Facebook lentləri spamla dolub
Bu məqalə dərc olunduğu tarixdəki məlumatları əks etdirir.
Minlərlə Facebook istifadəçisi xəbər lentində problemlə üzləşib: nasazlıq məşhurların fan səhifələrinə edilən paylaşımları lentin yuxarısına çıxarıb.

Çərşənbə günü dünyanın müxtəlif ölkələrindən minlərlə Facebook istifadəçisi xəbər lentində problem yarandığını bildirib: nasazlıq səbəbindən məşhurların fan səhifələrinə və qruplara edilən paylaşımlar lentin ən yuxarısına çıxıb.
Kəsintiləri izləyən Downdetector saytında istifadəçilər problem barədə saat 10:00-dan 12:00-dək (GMT+4) məlumat veriblər.
Facebook-un ana şirkəti Meta “yaranmış narahatlığa görə” üzr istəyib və problemin həll olunduğunu bildirib.
Downdetector-a daxil olan şikayətlərin 81%-i Facebook lenti ilə bağlı olub, qalanları isə tətbiqin və ya veb-saytın özü ilə bağlı problemləri qeyd edib.
Adətən lentin yuxarısında görünən dost və ailə üzvlərinin paylaşımlarının itməsi bir çoxlarını Facebook-un sındırıldığını və ya spamla dolduğunu düşünməyə vadar edib.
Ötən ilin oktyabrında WhatsApp və Meta-nın digər tətbiqlərinin altı saat işləməməsindən sonra Facebook-da kəsintilərlə bağlı narahatlıq daha da artıb.

Windows 11-də yeni təhlükəsizlik parametri
Microsoft Windows 11-də brute-force hücumları ilə başlayan ransomware hücumlarının qarşısını almaq üçün yeni standart təhlükəsizlik parametri tətbiq edir.

Dördüncü nəsil LinuxONE serverləri
IBM System Z meynfreymlərindəki Telum prosessoru ilə işləyən yeni nəsil LinuxONE serverini təqdim edib: yüksək məhsuldarlıq və daha az enerji sərfiyyatı.

Windows 11 üçün oktyabr yeniləmələri
Microsoft 190-dan çox ölkədə əlçatan olacaq Windows 11 yeniliklərini elan edib: daha yüksək təhlükəsizlik, məhsuldarlıq və yaradıcılıq imkanları.