Remote Desktop istifadə edərkən hansı icazələri aktiv etməli?
Uzaqdan iş (Remote Desktop) istifadə edənlərin çoxu yalnız qoşulmaqla kifayətlənir və qarşılarına çıxan təhlükəsizlik pəncərələrinə ciddi yanaşmır.

Uzaqdan iş (Remote Desktop) istifadə edənlərin çoxu yalnız qoşulmaqla kifayətlənir və qarşılarına çıxan təhlükəsizlik pəncərələrinə ciddi yanaşmır. Halbuki, bu pəncərələr həm potensial risklər, həm də istifadə rahatlığı baxımından vacib məlumatlar təqdim edir.
Məsələn, “Unknown publisher” (naməlum yayımlayıcı) xəbərdarlığı o deməkdir ki, qoşulduğunuz server tam təsdiqlənməyib. Əgər bu bağlantının etibarlı mənbədən gəldiyinə əminsinizsə, davam edə bilərsiniz. Əks halda, belə bağlantılar vasitəsilə şəxsi məlumatların ələ keçirilməsi riski mövcuddur.
Bununla yanaşı, həmin pəncərədə uzaq kompüterin sizin cihazınızdakı bəzi resurslara çıxış icazələri də göstərilir. Bu seçimlər düzgün istifadə edildikdə işinizi xeyli asanlaşdıra bilər:
⚙️Smart cards or Windows Hello for Business – smart kart və ya biometrik identifikasiya vasitəsilə giriş üçün istifadə olunur
⚙️WebAuthn (Windows Hello or security keys) – təhlükəsiz autentifikasiya üçün hardware açarlar və ya Windows Hello dəstəyi
⚙️Clipboard – lokal və uzaq kompüter arasında copy–paste imkanı yaradır
⚙️Cameras and other video capture devices – kamera və video cihazlarının uzaq sistemdə istifadəsinə icazə verir
⚙️Printers – uzaq sessiyadan öz printerinizə çap göndərməyə imkan verir– uzaq sessiyadan öz printerinizə çap göndərməyə imkan verir
Bu seçimlər aktiv edilmədikdə, məsələn, faylları kopyalamaq, kameradan istifadə etmək və ya sənədləri çap etmək mümkün olmaya bilər. Amma eyni zamanda, ehtiyac olmayan icazələri aktiv etmək təhlükəsizlik risklərini artıra bilər.
Nəticə olaraq, Remote Desktop istifadə edərkən iki əsas məqama diqqət yetirmək lazımdır:
🔍Qoşulduğunuz mənbənin etibarlı olub-olmadığını yoxlamaq
✅Yalnız ehtiyac duyduğunuz resurslara icazə vermək
Sadə görünən bu seçimlər həm təhlükəsizliyinizi qoruyur, həm də iş prosesinizi daha effektiv edir.

A new security setting
Microsoft is rolling out a new security default for Windows 11 that will go a long way to preventing ransomware attacks that begin with password-guessing attacks and compromised credentials.

ESET Antivirus: Hərtərəfli Kiber Təhlükəsizlik Həlli
Kiber təhlükələr getdikcə daha çox inkişaf edir və rəqəmsal mühitdə ciddi risklər yaradır.

Windows 10 üçün Extended Security Updates Proqramı
Microsoft 14 oktyabr 2025-ci ildən etibarən Windows 10 üçün dəstəyi dayandıracaq. Bu dəyişiklik, istifadəçilərin təhlükəsizliyini qorumaq üçün əlavə addımlar atmasını zəruri edir.