Telefonunuzu qoruyun
Mobil cihazlar ünsiyyətimizin, maliyyəmizin və sosial həyatımızın açarıdır, buna görə də kibercinayətkarlar üçün cəlbedici hədəfdir. Onları necə qorumalı?

Mobil cihazlarımız artıq ünsiyyətimizin, maliyyəmizin və sosial həyatımızın açarına çevrilib və məhz buna görə də onlar kibercinayətkarlar üçün cəlbedici hədəfdir.
Cihazımı fiziki olaraq necə qoruya bilərəm?
Kilid ekranı cihazınıza, məlumatlarınıza, fotolarınıza, şəxsi sənədlərinizə və tətbiqlərinizə giriş qapısıdır. Buna görə də onun təhlükəsizliyini təmin etmək son dərəcə vacibdir.
Android cihazlarda bu parametrlərə diqqət yetirin:
- Ekran kilidinin növü: sürüşdürmə, qrafik açar, PIN, parol, habelə barmaq izi və ya üz vasitəsilə biometrik yoxlama.
- Smart Lock: telefon yanınızda olduqda onu kilidsiz saxlayır; hansı vəziyyətlərin təhlükəsiz sayılacağını özünüz müəyyən edə bilərsiniz.
- Avtomatik zavod parametrlərinə qaytarma: kilidi açmaq üçün 15 uğursuz cəhddən sonra telefondakı məlumatları avtomatik silir.
- Bildirişlər: telefon kilidli olsa belə hansı bildirişlərin və hansı məzmunun görünəcəyini seçin.
- Bloklama rejimi (Lockdown mode): Android 9.0 versiyasından etibarən aktivləşdirmək mümkündür.
- Find My Device: itirilmiş cihazınızı tapın, kilidləyin və ya məlumatlarını silin.
iOS cihazlarda isə bunlara nəzər salın:
- Şifrə kodu (Passcode): cihazın kilidini açmaq üçün şifrə kodu təyin edin.
- Face ID və Touch ID: biometrik yoxlama ilə cihazın kilidini açmaq, tətbiqlərdən istifadə etmək və ödəniş etmək mümkündür.
- Find My iPhone: itirilmiş iPhone-unuzu tapın, izləyin və bloklayın.
- Bloklama rejimi (Lockdown mode): Apple iyul ayında bloklama rejiminin öz versiyasını təqdim edib. Kiçik istifadəçi qrupu üçün “ekstremal” qoruma adlandırılan bu yeni funksiya zərərli linklərə və bağlantılara, həmçinin iPhone kilidli olarkən naqilli qoşulmalara qarşı daha yüksək təhlükəsizlik təmin edəcək.

ESET Antivirus: hərtərəfli kibertəhlükəsizlik həlli
Kibertəhlükələr getdikcə inkişaf edir və rəqəmsal mühitdə ciddi risklər yaradır. ESET fərdi istifadəçilər və bizneslər üçün hərtərəfli qoruma təklif edir.

Windows 10 dəstəyi bitir – şirkətiniz nə etməlidir?
Microsoft elan edib ki, 14 oktyabr 2025-ci ildən etibarən Windows 10 üçün rəsmi dəstək dayandırılacaq. Şirkətlər üçün bu nə deməkdir və nə etmək lazımdır?

KOB-lar üçün kibertəhlükəsizliyin əsas qaydaları
Kiçik və orta bizneslər hakerlər üçün asan hədəfdir: İT resursları məhduddur, təhlükəsizlik tədbirləri isə adətən reaktivdir. Əsas qoruma tədbirləri.