Klaviatura kombinasiyaları: ən effektiv qısayollar
Ofis işçiləri və İT mütəxəssisləri üçün klaviatura qısayolları yalnız rahatlıq deyil, iş səmərəliliyini artıran əvəzsiz vasitədir. Ən faydalılarını seçdik.

Ofis işçiləri, texniki mütəxəssislər və İT sahəsində çalışanlar üçün klaviatura qısayolları yalnız rahatlıq deyil, həm də iş səmərəliliyini artırmaq üçün əvəzsiz vasitədir. ITSM komandası olaraq gündəlik əməliyyatlarda zaman itkisinin qarşısını almaq məqsədilə ən çox istifadə olunan və faydalı klaviatura kombinasiyalarını seçdik.
Aşağıdakı siyahı yalnız praktiki və gündəlik işə yarayan qısayolları əhatə edir.
Fayl və sənəd əməliyyatları
- Ctrl + C – Kopyalamaq
- Ctrl + X – Kəsmək
- Ctrl + V – Yapışdırmaq
- Ctrl + Z – Geri almaq (Undo)
- Ctrl + Y – Təkrarlamaq (Redo)
- Ctrl + S – Sənədi yadda saxlamaq
- Ctrl + P – Çap etmək (Print)
- Ctrl + A – Bütün elementləri seçmək
- Ctrl + F – Axtarmaq (Find)
- Ctrl + N – Yeni sənəd və ya pəncərə açmaq
- F2 – Fayl və ya qovluğun adını dəyişmək
- F5 – Səhifəni və ya qovluğu yeniləmək (Refresh)
- F12 – Fərqli yadda saxlamaq (Save As), əsasən Word və Excel-də
- Shift + Delete – Faylı birbaşa silmək (zibil qutusuna düşmədən)
Windows və brauzer əməliyyatları
- Alt + Tab – Açıq pəncərələr arasında keçid etmək
- Windows + D – Masaüstünü göstərmək və ya bərpa etmək
- Windows + L – Kompüteri kilidləmək
- Shift + Alt – Kompüterdə yazı dilini dəyişmək (məsələn, Azərbaycan dili ↔ ingilis dili)
- Ctrl + T – Yeni brauzer tabı açmaq
- Ctrl + W – Cari tabı bağlamaq
- Ctrl + Shift + T – Son bağlanmış tabı yenidən açmaq
- Ctrl + H – Brauzer tarixçəsini (History) açmaq
Təhlükəsizlik və idarəetmə əməliyyatları
- Ctrl + Alt + Delete – Təhlükəsizlik menyusunu açmaq (şifrə dəyişmək, Task Manager, restart, sign out, switch user və s.)
- Ctrl + Shift + Esc – Birbaşa Task Manager pəncərəsini açmaq
- Alt + F4 – Cari proqramı bağlamaq
Qeyd: Ctrl + Alt + Delete kombinasiyası ən vacib idarəetmə klavişlərindən biridir. Sistem ilişdikdə və ya problem yarandıqda istifadəçi bu kombinasiyadan sistemi yenidən başlatmaq (restart) üçün istifadə edə bilər. Həmçinin bu kombinasiyadan digər istifadəçi hesabına keçid etmək, kompüteri kilidləmək (lock), parolu dəyişdirmək və ya sistemdən çıxış etmək (sign out) üçün də istifadə olunur.
Ofis proqramlarında istifadə
- Ctrl + B – Qalın (bold) yazı
- Ctrl + I – Kursiv (italic) yazı
- Ctrl + U – Altından xətt çəkilmiş (underline) yazı
- Ctrl + Home / End – Sənədin əvvəlinə / sonuna keçmək
- Ctrl + ← / → – Sözlər üzrə sola / sağa keçmək
Nəticə
ITSM komandası olaraq gündəlik kompüter işlərində bu qısayolları aktiv şəkildə tətbiq etməyi tövsiyə edirik. Bu klaviatura kombinasiyaları siyahısı həm sürət, həm də məhsuldarlıq baxımından sizə böyük üstünlüklər verəcək.

SIM və eSIM: ən son texnologiyalar
SIM və eSIM texnologiyaları istifadəçilərin mobil xidmətlərə qoşulmasında mühüm rol oynayır. Onların nə olduğunu, necə işlədiyini və fərqlərini izah edirik.

Daxili İT komandası, autsorsinq, yoxsa birgə model?
Müasir dövrdə biznesin uğuru birbaşa texnologiyanın necə idarə olunmasından asılıdır. Daxili komanda, outsource, yoxsa hibrid model – hansı seçim doğrudur?

Proaktiv İT: texnologiyadan strateji üstünlüyə
Bugünkü biznes mühitində İT artıq texniki dəstək funksiyası deyil, risk idarəetməsinin, maliyyə sabitliyinin və rəqabət qabiliyyətinin əsas elementidir.